Azərbaycanda dəmir yolları yoxlancaq


15:54     08 May 2017 sumqayti%20qatari%20dayandi.jpg

Mayın 10-dan etibarən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin təsərrüfatlarına yaz baxışı başlayacaq.


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın Femida.az-a verdiyi məlumata görə, baxış zamanı təsərrüfatların, tikililərin və qurğuların saxlanma vəziyyəti, eyni zamanda stansiyalarda, müəssisələrdə, təşkilatlarda hərəkətin təhlükəsizliyinin təmin olunması, ətraf mühitin qorunması və texniki təhlükəsizlik qaydalarına riayət olunması yoxlanılacaq.

Yaz baxışı Böyük Kəsik stansiyasından başlayaraq, sonrakı hərəkət xətti Böyük Kəsik-Hacıqabul, Horadiz-Osmanlı, Astara-Şirvan, Ələt-Biləcəri, Yalama-Sumqayıt, Abşeron sahəsi, Biləcəri, Bakı-sərnişin, Bakı-yük, Keşlə, H.Z.Tağıyev–çeşidləmə, Güzdək, Xırdalan stansiyaları və dəmir yolunun bütün qolları olmaqla sahə və istiqamətlər üzrə davam edəcək.

Qeyd edək ki, dəmir yolunun təsərrüfatlarına yaz baxışı 10 gün davam edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 810