Ramil Usubov vətəndaşlarla görüşəcək


15:50     10 May 2017 ramil%20u2.jpg

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Bərdə rayonunda vətəndaşları qəbul edəcək.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, görüş mayın 27-də saat 10:00-da Bərdə Rayon Polis Şöbəsinin binasında olacaq.
Qəbulda Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Xocalı, Naftalan şəhər və rayonlarının sakinləri iştirak edə bilərlər.
Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Femida.az

Açar sözlər:

Oxunub: 670