5 dövlət əmlakı icarəyə verilir - Müsabiqə elan edilib


19:00     10 May 2017 Yoxlama%20nezaret%20imtahan_0.jpg

Əmlak Məsələləri Dövlət Komitəsi dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin hüquqi əsas olmadan istifadəsinin qarşısının alınması, bağlanmış icarə müqavilələrinin şərtlərinə əməl edilməsi, eləcə də dövlət əmlakının icarəyə verilməsindən dövlət büdcəsinə daxilolmaların artırılması məqsədi ilə komitə qeyri-yaşayış sahələrinin müsabiqə vasitəsi ilə icarəyə verilməsi istiqamətində növbəti müsabiqəyə 5 qeyri-yaşayış sahəsini çıxarıb.


Komitədən Femida.az-a verilən məlumata görə, həmin əmlaklar Bakının Nərimanov rayonunda, regionlarda isə müvafiq olaraq Ağsuda, Zərdabda, İmişlidə və Beyləqanda yerləşir. İcarəyə verilən əmlakların sahələri 6 kvadratmetr ilə 59 kvadratmetr arasında dəyişir. Obyektlərin vəziyyəti istifadəyə tam yararlıdır. Əmlaklar ictimai iaşə, xidmət və digər iqtisadi sahədə fəaliyyət göstərilməsi üçün əlverişlidir. Müsabiqəyə çıxarılan obyektlər arasında ən aşağı icarə haqqı 7 manat təşkil edir. Belə obyektlər bir neçə mərtəbəli binanın 2-ci, 3-cü, 4cü mərtəbələrində yerləşir. Bu isə sifarişçilərdə seçim imkanını artırır.

Müsabiqəyə daşınmaz dövlət əmlakını icarəyə götürmək hüququna malik olan istənilən şəxs qoşula bilər. Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər daxilində maksimum həcmdə icarə haqqı təklif etmiş sifarişçiyə üstünlük veriləcək.

Müsabiqədə iştirak etmək üçün sifarişçilər ərizə, komitənin bank hesabına obyektin aylıq start icarə haqqı məbləğinin 10%-i miqdarında behin köçürülməsini təsdiq edən qəbz verməlidir. Ancaq qalib olmayan şəxslərin behi isə müsabiqənin başa çatdığı gündən 10 təqvim günü ərzində onlara qaytarılır. Sifarişçi hüquqi şəxs olduqda ərizədə çıxarışın müvafiq qaydada təsdiq edilmiş surətini, təsis müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surəti, fiziki şəxs olduqda isə şəxsiyyət vəsiqəsinin sürətini, sahibkarlıq fəaliyyəti haqqında məlumatı təqdim etməlidir. Sifariş hüquqi və ya fiziki şəxsin nümayəndəsi tərəfindən verildikdə isə həmin nümayəndə sifarişçi adından hərəkət etmək hüququnu təsdiq edən sənəd tələb olunur.

Bundan başqa, sifarişçilər icarəyə verilən obyektin hazırkı təyinatı üzrə istifadə edilməsini təmin etməli, əmlakın ərazisində yerləşən müəssisənin fəaliyyətinə maneçilik yaratmamalı, birgə istifadə olunan kommunikasiya xətlərinə xələl gətirməməlidir. Eyni zamanda sifarişçilər icarəyə verilən obyektin yerləşdiyi binanın xarici görünüşünü də qoruyub saxlamalıdırlar.

Qaliblər isə müsabiqənin nəticələri haqqında protokol təsdiq olunduğu tarixdən 20 gün müddətində icarə müqaviləsinin imzalamalı, icarə müqaviləsində göstərilən müddətdə və məbləğdə icarə haqqının dövlət büdcəsinə köçürməli, müqavilə ilə müəyyən edilmiş digər şərt və öhdəliklərin yerinə yetirilməlidir. İcarəyə çıxarılan əmlaklarla tanış olmaq üçün bu linkdən istifadə etmək olar.

Femida.az

Açar sözlər:

Oxunub: 610