Dövlət Gömrük Komitəsində andiçmə mərasimi keçirilib
22:54 10 May 2017
Bu gün xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü tədbirləri çərçivəsində Dövlət Gömrük Komitəsinin (DGK) inzibati binasının qarşısında gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib.
Femida.az xəbər verir ki, mərasimdə çıxış edən DGK sədri Aydın Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin doğum günündə keçirilən Gömrükçü Andının əhəmiyyətinə toxunub. O, gömrükçülərin üzərinə mühüm vəzifələr düşdüyünü bildirib.
Komitə sədri vurğulayıb ki, gömrükçülər Heydər Əliyev siyasətinə, dövlətçiliyimizə sadiq olduqlarını sübut etməklə, Azərbaycanın iqtisadi təhlükəsizliyini qorumaq üçün and içirlər.
A. Əliyev müstəqil Azərbaycan gömrük xidmətinin keçdiyi inkişaf yoluna nəzər salaraq, xüsusilə, 1995-ci ildən başlayaraq gömrük sistemində baş verən böyük uğurların məhz ulu öndərin bu sahəyə diqqət və qayğısı nəticəsində mümkün olduğunu qeyd edib. Bu gün Heydər Əliyev siyasətinin Azərbaycan prezidenti İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini vurğulayan DGK sədri gənc gömrük əməkdaşlarına tövsiyələrini verib, onları ilk növbədə vicdanlı olmağa, öz vətənini dərindən sevməyə, ölkə qanunlarına riayət etməyə, Heydər Əliyev amallarına sadiq qalmağa səsləyib.
Sonra bir qrup gömrük əməkdaşı Gömrükçü Andı içib.
Femida.az
Oxunub: 1230
Oxşar xəbərlər
- Dövlət obyektləri internetdə satılacaq
- Dövlət bağçaları ilə bağlı yeni qaydalar təsdiqləndi
- Dövlət Agentliyinin rəhbərliyi formalaşdırıldı
- Dövlət başçıları İlham Əliyevi təbrik edir
- Dövlət qulluğuna qəbul imtahanının nəticələri açıqlandı
- Dövlət qulluğunda işləmək şansı - Vakant vəzifələr
- Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə - İMTAHAN OLACAQ
- Dövlət sərhədini pozan 503 nəfər saxlanılıb
- Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə - VƏZİFƏLƏR
- Dövlət Xidmətindən fermerlərə - Xəbərdarlıq