Ramil Usubov görüşə gedir - Cəbhə bölgəsində yaşayanlarla görüşəcək


01:40     11 May 2017 ramil%20usubov%20021237.jpg

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov mayın 27-də saat 10:00-da Bərdə Rayon Polis Şöbəsində Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Xocalı, Naftalan şəhər və rayonlarının sakinlərini qəbul edəcək.


Femida.az xəbər verir ki, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Femida.az

Açar sözlər:

Oxunub: 3621