Abşeronda iki maşın toqquşub, ölən var


16:21     11 May 2017 qeza_yeni%20altinda%20qalib.jpg

Abşeronda iki avtomobil toqquşub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, mayın 10-da saat 4 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini Fərid Müseyibov idarə etdiyi "VAZ-21074" markalı avtomobili qarşıda gedən, Sumqayıt şəhər sakini Mətləb Mehdiyevin idarə etdiyi "Hovo" markalı yük avtomobilinə vurub və nəticədə F.Müseyibov hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 992