Azərbaycanda meşələrin icarə müddəti artırıldı


14:38     12 May 2017 forest2.jpg

Azərbaycanda meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqların icarəyə verilməsi müddəti artırılıb.


Nazirlər Kabinetindən verilən məlumata görə, bununla bağlı “Meşə fondu torpaqlarının icarəyə verilməsi Qaydası”nda dəyişiklik edilib.

Hazırda meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə icarəçiyə müqavilə əsasında 1 ildən 10 ilədək verilə bilər.

Yeni qərara əsasən isə, meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə icarəçiyə müqavilə əsasında 1 ildən 49 ilədək verilə bilər.

Femida.az

Açar sözlər:

Oxunub: 1716