Sumqayıt qatarı iki gün pulsuz olacaq


17:01     12 May 2017 04403-qatar.jpg

IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri başa çatandan sonra Biləcəri-Xırdalan-Sumqayıt istiqamətində sərnişinlərin ödənişsiz daşınması həyata keçiriləcək.


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, 12 və 22 may tarixlərində IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri başa çatandan sonra, “Koroğlu” - Bakı sərnişin stansiyası marşrutu üzrə işləyən “KİSS” markalı ikimərtəbəli elektrik qatarlarından istifadə edən sərnişinlərin Biləcəri-Xırdalan-Sumqayıt istiqamətində də ödənişsiz daşınması təmin ediləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1065