Cocuq Mərcanlıda tank əleyhinə mina tapıldı


22:43     12 May 2017 anama%2025%20aprel%20hesabati9.jpg

Bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində ANAMA tərəfindən 1 319 ədəd qəlpə, 1 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832) və 2 ədəd tank əleyhinə mina (TM-57) aşkarlanaraq, zərərsizləşdirilməsi üçün götürülüb.



ANAMA-dan Femida.az-a verilən məlumata görə, nəticə etibarilə 29 619 kv.m ərazi (2 119 kv.m əl ilə, 18 500 kv.m mexaniki üsulla və 9 000 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Qeyd edək ki, 80 gün ərzində Cocuq Mərcanlı kəndində 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 41 ədəd partlamamış hərbi sursat (5 ədəd 82 mm-lik minaatan mərmi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmi (OF-843), 2 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VL raketi, 10 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VM raketi, 4 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd RQD-5 əl qumbarası, 4 ədəd 23 mm-lik zenit top mərmisi (OFZT), 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 8 ədəd TM-62P3 minasının gücləndiricisi, 1 ədəd TM-57 minasının gücləndiricisi, 1 ədəd 122 mm-lik top mərmisi (Ş-1) və 1 ədəd Ş-1 top mərmisinin DTM-75 döyüş başlığı), 10 ədəd piyada əleyhinə mina (OZM-72) və 76 ədəd tank əleyhinə mina (25 ədəd TM-57 minası və 51 ədəd TM-57 minasının partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilib. İndiyədək 2 721 311 kv.m (272.1 844 400 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 1 238 189 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Açar sözlər:

Oxunub: 790