Evindən 25 ədəd xalçası oğurlandı


13:39     13 May 2017 xalca27.jpg

Yevlax rayonunda oğurluq edilib.



Femida.az xəbər verir ki, rayon sakini Şura Abbasovaya məxsus 25 ədəd xalça, təmir-tikinti alətləri və məişət əşyalarını oğurlanıb.

Yevlax rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Ayaz Abdullayev tutulub.

Ayaz Abdullayevin əvvəllər məhkum olunduğu deyilir.

Faktla bağlı cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 890