Evindən 3 kq narkotik çıxdı


16:44     13 Dekabr 2017 narkotik-maddeler-02102017.jpg

Astara sakinindən 3 kiloqram narkotik götürülüb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Orxan Əlizadədən 41,2 qram tiryək götürülüb.

Onun yaşadığı evə baxış zamanı isə əlavə olaraq 3 kiloqram 350 qram tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1149