Evindən silah-sursat götürüldü


16:22     24 İyul 2017 odlu%20silah.jpg

Gəncə sakinindən silah-sursat müsadirə olunub.


Femida.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət Axtarış İdarəsi və Gəncə ŞBPİ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Rüfət Mayılova məxsus evə baxış zamanı pnevmatik idman tapançası, 300 ədəd patron, 1 ədəd patron darağı və 2 ədəd xüsusi qaz balonu aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 820