Əlillər istirahətə göndərilib
19:30 15 May 2017
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari il üçün də əlilliyi olan şəxslərin istirahətinin təşkili işlərinə başlanılıb və bu təbəqədən olan 100 nəfər şəxs xüsusi nəqliyyat vasitəsi ilə Lənkəran rayonunda yerləşən istirahət mərkəzinə göndərilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, əlilliyi olan şəxslərin istirahətə göndərilməsi nazirliyin “2017-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən təşkil olunur.
Proqramda cari il ərzində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər sırasında əlilliyi olan şəxslərin asudə vaxtlarının təşkili məqsədilə onların istirahət zonalarına göndərilməsi də yer alıb. Əvvəlki illərdə də bu istiqamətdə məqsədyönlü işlər aparılıb. Bu il isə 1 100 nəfərdən çox əlilliyi olan şəxsin yaz-yay mövsümündə respublikamızın səfalı guşələrindəki istirahət mərkəzlərində mənalı istirahətinin təşkil edilməsi planlaşdırılır.
Qeyd olunan Proqramda bu tədbirlə yanaşı, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasına şərait yaradılması, respublika daxilində müalicə olunmalarına köməkliyin göstərilməsi, həmin insanların cəmiyyətə inteqrasiyasına, onlara bərabər imkanların yaradılmasına yönələn layihələrin həyata keçirilməsi, onlar arasında idman tədbirlərinin təşkil edilməsi və s. tədbirlər də nəzərdə tutulub.
Femida.az
Oxunub: 756
Oxşar xəbərlər
- Əlillərin işə götürülməsindəki çətinliklər - Nazir səbəbini açıqladı
- Əlillərə ortopedik xidmət göstərilib
- Əlillərlə bağlı qanuna dəyişikliklər hazırlanıb
- Əlillərin məşğulluq problemi müzakirə edildi
- Əlillər Nabrana göndərildi
- Əlillərin protezlərlə təminatı üçün 2 milyon ayrıldı - SƏRƏNCAM
- Əlillər və şəhid ailələrinə ŞAD XƏBƏR
- Əlillərə protez verildi
- Əlillərə protez verildi
- Əlillərlə bağlı yeni layihəyə start verildi