Əlillər Nabrana göndərildi


02:13     24 İyun 2017 004m0mlhn2bq5amjo0ejku1lg0emek-ve-sosial-mudafie-nazirliyi.jpg

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2017-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq daha 50 nəfər əlilliyi olan şəxs Xaçmaz rayonundakı Nabran istirahət zonasında yerləşən istirahət mərkəzinə göndərilib.


Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə,cari ildə 1 100 nəfərdən çox əlilliyi olan şəxsin istirahətinin təşkili nəzərdə tutulub. Ötən aydan etibarən bu istiqamətdə müvafiq işlərə başlanılıb və artıq 805 nəfər əlilliyi olan şəxs Lənkəran, Xaçmaz, Quba rayonlarındakı istirahət mərkəzlərinə göndərilib.

Əlili şəxslərin istirahət mərkəzlərinə aparılması və müəyyən olunmuş müddətdən sonra geri qaytarılması üçün nəqliyyat vasitəsi də ayrılıb.

Əlilliyi olan şəxslər onların maddi təminatlarının artırılması, tibbi-sosial reabilitasiyası istiqamətində tədbirlərin ildən-ilə uğurla davam etdirilməsindən razılıqlarını ifadə ediblər.

Açar sözlər:

Oxunub: 830