İki həftədir komada olan erməni əsgərə sahib çıxan yoxdur
00:58 17 May 2017
Ermənistanda əsgər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Femida.az Ermənistanın orer.am saytına istinadən xəbər verir ki, Azərbaycanın işğal altında olan Xocavənd rayonunda dislokasiya olunan hərbi hissələrdən birində xidmət edən erməni əsgər Davit Tadevosyan əvvəl Cəbrayıl hospitalına, sonra Xankəndi hospitalına və mayın 1-də İrəvana təxliyə edilib.
İki həftədir huşsuz vəziyyətdə olan erməni əsgərin anası bildirib ki, Ermənistan Müdafiə Nazirliyindən heç kəs hərbçi ilə maraqlanmayıb.
Ararat rayon Yeğeqnavan kənd sakini Tadevosyanlar ailəsinin digər oğlu da orduda xidmət edib və xidmət zamanı burnu qırılsa da, əməliyyat üçün hərbi qurumlar tədbir görməyib. Xəstəxanalarda qalan ailənin evinin qaz təminatı da kəsilib, erməni əsgərə olan münasibətdən şikayətçi olan valideyn onun xəstəliyinin səbəblərinin açıqlanmadığını qeyd edib. Xəstəxanada əsgərə epilepsiya diaqnozu qoyulsa da, xəstəliyin səbəbləri tam açıqlanmayıb və vəziyyətinin ağır olduğu qeyd edilib.
Femida.az
Oxunub: 3156
Oxşar xəbərlər
- İkimərtəbəli ev yanıb
- İki qardaş birləşib narkotik əkdi - Salyanda
- İki körpə diri-diri yandı - Qobustanda faciə
- İki rayonun Yol Polisi rəisi dəyişdirildi
- İkimərtəbəli ev yanıb
- İki məhkum xəstəlikdən ölüb
- İki bacının öldüyü yanğınla bağlı RƏSMİ AÇIQLAMA
- İki qadını maşınla vurub öldürən sürücü tutuldu
- İki futbolçuya ömürlük cəza verildi
- İki nəfərə “Əməkdar jurnalist” fəxri adı verilib