Azərbaycanda 4 homoseksual ölümcül xəstəliyə yoluxdu


15:36     19 May 2017 homoseksuallar11_(2)%20(1).jpg

“10 nəfər parenteral kontakt, 51 nəfər heteroseksual kontakt, 4 nəfər homoseksual kontakt nəticəsində, 4 nəfər anadan uşağa ötürülməklə, 39 nəfərin yoluxma yolu müəyyənləşdirilməkdədir".


Femida.az-ın xəbərinə görə, Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Esmira Alməmmədova bildirib ki, 2017-ci ilin 3 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 108 nəfər olub. Onlardan 107-si (99,1%) Azərbaycan vətəndaşı, 1 nəfəri isə əcnəbidir.

Onun sözlərinə görə, qeydiyyata götürülən 107 Azərbaycan vətəndaşından 71-i kişi, 36-sı qadındır: "Bu dövr ərzində QİÇS mərhələsinə 31 nəfər Azərbaycan vətəndaşı keçib. Həmin müddətdə İİV infeksiyasından 19 nəfər dünyasını dəyişib".

Femida.az

Açar sözlər:

Oxunub: 9432