Əli Kərimlinin köməkçisi həbsdə qaldı
19:09 19 May 2017
Səbail rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin həbsdə olan köməkçisi, "Azadlıq" qəzetinin yayım direktoru Faiq Əmirlinin işi üzrə məhkəmə prosesi keçirilib.
Femida.az xəbər verir ki, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Daha sonra F.Əmirlinin vəkilləri təqsirləndirilən şəxs barəsində cinayət işinə xitam verilməsi və ya həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət veriblər. Məhkəmə vəsatətləri təmin etməyib və iş üzrə məhkəmə baxışı iyunun 1-nə təyin edilib.
Qeyd edək ki, F.Əmirli ötən il avqustun 20-də saxlanılıb. Avqustun 22-də Nəsimi rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib. F.Əmirlinin barəsindəki həbs qətimkan qərarının müddəti bir neçə dəfə artırılıb.
F.Əmirli Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması), 213-cü (vergidən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilirdi. İstintaq başa çatan ərəfədə Baş Prokurorluq F.Əmirlinin ittiham olunduğu iki maddə - Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrinə xitam verib. Hazırda F.Əmirli Cinayət Məcəlləsinin 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) və 213-cü (vergidən yayınma) maddələri ilə ittiham edilir.
Femida.az
Oxunub: 630
Oxşar xəbərlər
- Əli Həsənov Kestutis Yankauskas ilə görüşüb
- Əli İnsanov məhkəməyə gəlməkdən imtina etdi
- Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
- Əlil gənclər təhsil haqqından azad olmaq istəyirlər
- Əli İsmayılovun qardaşı həbs olundu
- Əliyar Əliyevin xatirə lövhəsinin açılışı olub
- Əlillərin işə götürülməsindəki çətinliklər - Nazir səbəbini açıqladı
- Əlillərə ortopedik xidmət göstərilib
- Əli Ağami apellyasiya şikayəti verəcək
- Əli Həsənovun nəvəsi məhkəməyə gətirildi - ZƏRƏÇƏKMİŞLƏR GƏLMƏDİ (YENİLƏNİB)