Maşallah Əhmədovun məhkəməsi baş tutmadı
19:48 19 May 2017
Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun apellyasiya şikayəti üzrə bu günə təyin olunan məhkəmə prosesi baş tutmayıb.
Femida.az-ın məlumatına görə, hakim Faiq Qasımov sədrlik etdiyi prosesin baş tutmamasına iş üzrə zərərçəkən şəxsin xəstəliyi ilə əlaqədar iclasa gəlməməsi səbəb olub.
Proses mayın 24-ə təyin olunub.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M. Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.
M. Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq vəsaitə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb. Binəqədi rayon Məhkəməsi M. Əhmədov barəsində ev dustaqlığı ilə bağlı qərar çıxarsa da, Bakı Ağır Cinayətlər Məhkəməsi onun 8 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
Femida.az
Oxunub: 889
Oxşar xəbərlər
- Maşallah Əhmədov azadlığa buraxılıb
- Maşallah Əhmədov azadlığa buraxılmaq üçün müraciət etdi
- Maşallah Əhmədovun cəzası 8 ildən 2 ilə endirilib
- Maşallah Əhmədovun işi üzrə ekspertiza başa çatıb
- Maşallah Əhmədovun məhkəməsində dava düşdü
- Maşallah Əhmədovun məhkəməsində gərginlik
- Maşallah Əhmədova vaxt verildi
- Maşallah Əhmədov məhkəmədən vaxt istəyib
- Maşallah Əhmədovun məhkəməsində mübahisə düşüb
- Maşallah Əhmədovun məhkəməsində dava düşdü