Maşallah Əhmədovun cəzası 8 ildən 2 ilə endirilib
19:38 24 İyul 2017
Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Femida.az-ın məlumatına görə, hakim Faiq Qasımovun sədrlik etdiyi prosesdə qərar elan edilib. Qərara görə, onun cəzası 8 ildən 2 ilə endirilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M. Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.
M. Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq vəsaitə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb. Binəqədi rayon Məhkəməsi M. Əhmədov barəsində ev dustaqlığı ilə bağlı qərar çıxarsa da, Bakı Ağır Cinayətlər Məhkəməsi onun 8 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
Femida.az
Oxunub: 881
Oxşar xəbərlər
- Maşallah Əhmədov azadlığa buraxılıb
- Maşallah Əhmədov azadlığa buraxılmaq üçün müraciət etdi
- Maşallah Əhmədovun işi üzrə ekspertiza başa çatıb
- Maşallah Əhmədovun məhkəməsində dava düşdü
- Maşallah Əhmədovun məhkəməsində gərginlik
- Maşallah Əhmədovun məhkəməsi baş tutmadı
- Maşallah Əhmədova vaxt verildi
- Maşallah Əhmədov məhkəmədən vaxt istəyib
- Maşallah Əhmədovun məhkəməsində mübahisə düşüb
- Maşallah Əhmədovun məhkəməsində dava düşdü