Astara sakinindən narkotik götürülüb


22:45     19 May 2017 heroin%20narkotik9.jpg

Astara sakininin evindən 1 kq-dan çox narkotik vasitə götürülüb.


Astara rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şahağacı kənd sakini, 1964-cü il təvəllüdlü İqrar Nəriman oğlu Mirzəyev saxlanılıb.

İ. Mirzəyevin evinə baxış zamanı 1 kq 25 qram həşiş qətranı, 11 qram heroin, 5,1 qram psixotrop maddə olan metan hetamin, 12 qram tiryək, 5 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 796