Astarada 32 kişi qətlə yetirilib


02:12     15 Sentyabr 2017 1351597684_bicaqlama_7_700x3908.jpg

Astara rayonunda qətl törədilib.

Femida.az APA-ya istinadən xəbər verir ki, hadisə Astaranın Ərçivan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 1985-ci il təvəllüdlü Ağarəhim Abdulrəhim oğlu Kərimov həmkəndlisi Əfqan adlı şəxs tərəfindən bıçaqlanıb. Dərhal yaralı Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Əməliyyata götürülən A.Kərimov həkimlərin səyinə baxmayaraq keçinib. Hadisəni törədən şəxsin saxlanıldığı deyilir.

Fakt araşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1003