Astarada 29 yaşlı kişi intihar edib


23:52     20 Noyabr 2017 intihar%20%20w.jpg

Astara rayonunda 29 yaşlı kişi meşədə asılmış vəziyyətdə tapılıb.


Femida.az xəbər verir ki, hadisə rayonun Şümrüd kəndində baş verib.

Kənd sakini, 1988-ci il təvəllüdlü Vasif Cavad oğlu Musayev özünü kəndirlə asaraq intihar edib. İntiharın səbəbləri məlum deyil.

V. Musayevin ruhi xəstə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 701