20 yaşlı qadın özünü körpüdən atdı - Ailə dramı


21:24     19 May 2017 masalli-bedbext-hadise-19052017.jpg

Masallıda 20 yaşlı qadın özünü körpüdən ataraq intihara cəhd edib.


Hadisə Masallı şəhəri ilə İsgəndərli kəndini birləşdirən, Viləş çayı üzərindəki körpüdə baş verib. İsgəndərli kəndində yaşayan 1997-ci il təvəllüdlü Ruqayyə İlqar qızı Cavadova özünü körpüdən ataraq intihara cəhd edib. Qadın Masallı Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu deyilir.

R.Cavadovanın ailəli olduğu, intihara cəhdə səbəb kimi ailədə yaranan problemlər göstərilir.

Faktla bağlı araşdırma aparılır.(APA)

Femida.az

Açar sözlər:

Oxunub: 4666