5 nəfərin evi yandı - Masallıda


00:43     20 May 2017 1436418566_gedebeyde-rayonunda-sexde-yangin-bash-verib.jpg

Masallıda güclü yanğın baş verib.


Fövqəladə Hallar Nazirliyindən Femida.az -a bildiriblər ki, hadisə nəticəsində beş vətəndaşa məxsus, ümumi sahəsi 770 kvadratmetr olan fərdi yaşayış evləri və əşyaları 325 kvadratmetr sahədə, dam örtüyü 90 kvadratmetr sahədə yanıb. Evlərin qalan hissələri yanğından mühafizə olunub, alov yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 779