4 min ədəd siqaret aşkar edildi
01:40 23 May 2017
Gürcüstandan gələn Azərbaycan vətəndaşında külli miqdarda siqaret aşkarlanıb.
Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn "Vaz-2106" markalı avtomobilin sərnişini-Azərbaycan vətəndaşı olan şəxsin üzərinə və onun sərnişini olduğu avtomobilə gömrük baxış keçirilib.
Yoxlama zamanı avtomobildən həmin şəxsə məxsus olan, gömrük nəzarətinə düzgün bəyan edilməyən və üzərində aksiz markası olmayan 1200 ədəd "Pirveli" və 1600 ədəd "Marlboro", həmin şəxsin üzərindən isə 1200 ədəd "Marlboro" markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 579
Oxşar xəbərlər
- 42 min müəllimin maaşı ARTIRILDI
- 4 nəfər xəstəxanalıq oldu, bir uşaq barmağını itirdi - Fişəngdən
- 40 min dəfədən çox pozuldu -ATƏŞKƏS
- 40 mindən çox adam Ermənistanı tərk etdi - 2017ci ildə
- 42 yaşlı qadın 20-ci uşağını dünyaya gətirib
- 44 yaşlı kişi özünü tut ağacından asdı - Bakıda
- 45 minə yaxın müəllimin maaşı artıb
- 48 yaşlı qadını it dişləyib
- 4800-dən çox sahibkara lisenziya verilib
- 42 günə Yer kürəsinə dövrə vurdu - REKORD