Nazirliyin müəssisələrinin dövlət büdcəsinə borcu azalıb


21:03     23 May 2017 rabite4.jpg

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sisteminə daxil olan müəssisələr (rabitə sektoru) üzrə vergi və digər icbari ödənişlər şəklində büdcə daxilolmalarının həcmi 2014-cü illə müqayisədə 18 mln. 185,3 min manat və ya 55,6%, 2015-ci illə müqayisədə 13 mln. 508 min manat və ya 36,1% artaraq 50 mln. 901,1 min manat təşkil edib.


Femida.az xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində əksini tapıb.

Sənəddə qeyd edilib ki, 2016-cı il ərzində həmin müəssisələr üzrə dövlət büdcəsinə olan borcların həcmi 3 mln. 790,8 min manat (63,5%) azalaraq 2 mln. 180,4 min manat, artıqödəmənin həcmi isə 4 mln. 313,8 min manat və ya 2,2 dəfə artaraq 7 mln. 856,6 min manat təşkil edib.

Femida.az

Açar sözlər:

Oxunub: 632