Nazirliyin işçilərini döyən 3 nəfər tutuldu
16:55 05 İyul 2017
Daxili İşlər Nazirliyi (DİN) Lerik rayonunda baş vermiş hadisə barəsində məlumat yayıb.
Femida.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyulun 2-nə keçən gecə Lerik rayonunun Gəgiran kəndinin meşə zolağında 3 naməlum şəxs xuliqanlıq zəminində Lerik rayon meşə mühafizəsi və bərpası müəssisəsinin müdiri Eyvaz Babayevə və gözətçi Adıgözəl Cavadova dəmir parçası ilə xəsarət yetiriblər.
Faktla əlaqədar cinayət işi başlanılıb. Lerik RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən kənd sakinləri Rövşən Novruzov, qardaşı İdris və onun oğlu Aqil tutulublar.
Femida.az
Oxunub: 669
Oxşar xəbərlər
- Nazirliyin əməkdaşları peşə bayramlarını qeyd ediblər
- Nazirliyin departament rəhbəri işdən çıxarılıb
- Nazirliyin reydləri nələri üzə çıxarıb?
- Nazirliyin əməkdaşlarına mükafatlar təqdim olunub
- Nazirliyin dələduzluğa görə tutulan əməkdaşına hökm oxundu
- Nazirliyin qarşısında özünü yandırdı
- Nazirliyin Hospitalında yeni mərkəz açılıb
- Nazirliyin iti şagirdlərə hücum edib? - FHN təkzib edir
- Nazirliyin müəssisələrinin dövlət büdcəsinə borcu azalıb
- Nazirliyin təlimlərində 50 minə yaxın insan iştirak edib