Nazirliyin iti şagirdlərə hücum edib? - FHN təkzib edir


14:29     03 İyun 2017 it%20disledi7.jpg

Bəzi kütləvi informasiya vasitələrində iyunun 1-də Xırdalan şəhərində yerləşən, Cəbrayıl rayonuna aid məktəbin şagirdlərinin Fövqəladə Hallar Nazirliyinin (FHN) kinoloji taboruna məxsus itlərdən birinin hücumuna məruz qalması barədə əsassız məlumat yayılıb.


FHN-dən Femida.az-a verilən məlumata əsasən, qeyd olunan məktəbin yaxınlığında yerləşən FHN-ə məxsus qurumda itlər saxlanılmır:

"Bir daha diqqətə çatdırırıq ki, yayılmış məlumatın heç bir əsası yoxdur".

Femida.az

Açar sözlər:

Oxunub: 1608