Hamilə qadınları işdən çıxaranlara CƏRİMƏ
13:38 30 May 2017
Azərbaycanda hamilə qadının və ya himayəsində üç yaşınadək uşağı olan qadının, üç yaşınadək uşağını təkbaşına böyüdən kişinin əmək hüquqlarını pozmaya görə cərimələr artırılır.
Bu, Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.
Bu dəyişikliklərə əsasən, qadının hamiləliyinə və ya himayəsində üç yaşınadək uşağı olmasına görə, həmçinin kişi üç yaşınadək uşağını təkbaşına böyütdüyünə görə onunla əmək müqaviləsini əsassız ləğv edənlər 2000 manatdan 3000 manatadək miqdarda cərimələnəcəklər.
Hazırda isə bu cərimənin məbləği 500 manatdan 1000 manatadəkdir.
Qeyd edək ki, Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklər layihəsi Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.
Femida.az
Oxunub: 1448
Oxşar xəbərlər
- Hamilə qadınlar təhlükəsizlik kəməri taxmaya bilər – Qanun
- Hamilə qadın doğum evində öldü
- Hamilə qadın qaynatası və qaynanası tərəfindən döyülüb
- Hamilə qadın təcavüz edilərək öldürüldü - Türkiyədə dəhşət
- Hamilə qadın 3 uşağını öldürdü
- Hamilə arvadının boğazını kəsdi, sonra isə... - Gəncədə dəhşətli cinayət
- Hamilə arvadı boşamaq olarmı?
- Hamilə qadın xəstəxanada öldü
- Hamilə qadını döyüb öldürdü - 18 il 6 ay həbs
- Hamilə qadını boşamaq olarmı? - Hüquqi CAVAB