Hamilə qadın doğum evində öldü


22:04     14 Avqust 2017 mektebli%20hamile.jpg

Tovuz rayonunda hamilə qadın dünyasını dəyişib.


Femida.az-ın məlumatına görə, hadisə Tovuz rayon Mərkəzi Xəstəxanasının Doğum evində baş verib. Rayon sakini Əliyeva Oksana Fazil qızı avqustun 1-də doğum evinə yerləşdirilib.

Avqustun 13-də qadının beyninə qan sızıb. Həkimlərin səyinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb və o dünyasını dəyişib.

Femida.az

Açar sözlər:

Oxunub: 1110