Hamilə qadın təcavüz edilərək öldürüldü - Türkiyədə dəhşət


01:58     08 İyul 2017 1555596940x531jpg.jpeg

Türkiyənin Sakarya şəhərinin Kaynarca qəsəbəsində 20 yaşlı suriyalı Ermani Əl-Rahmun adlı qadın 2 nəfər tərəfindən evindən oğurlanaraq meşəyə aparılıb.


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 9 aylıq hamilə qadın təcavüz edildikdən sonra yanındakı 10 aylıq uşağı Xələf Əl-Rahmunla birlikdə başları daşla əzilərək öldürülüb.

Cəsədləri yaxınlıqdakı kəndin sakinləri görüblər və polisə məlumat veriblər. Əməliyyat nəticəsində cinayəti törədən 35 yaşlı Birol və 22 yaşlı Cəlal tutulub.

Şübhəlilər polis idarəsinə gətirilərkən hadisəni eşidən yerli sakinlər onları linç etməyə çalışıblar. Polislər cinayətkarla üçün edam tələb edən qəzəbli əhalini sakitləşdirə bilmədiyi üçün havaya atəş də açıb.
Məhkəməyə çıxarılan cinayətkarlar etdikləri əməli etiraf ediblər. Hər iki şəxs həbs edilib.

Məlumata görə, Birol və Cəlal öldürülən qadının əri Xalid Əl-Rahmun ilə bir yerdə çalışıblar. Onların arasında mübahisə düşdüyü üçün Birol və Cəlalın Xaliddən intiqam almaq üçün arvadını və uşağını öldürdükləri bildirilir.

Hamilə qadının öldürülməsəydi bu gün ikinci uşağını dünyaya gətirmək üçün doğuşa gedəcəkdi.

Açar sözlər:

Oxunub: 3371