Xarici Kəşfiyyat Xidmətinin emblemi təsdiqlənib
01:14 01 İyun 2017
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin emblemi haqqında" fərman imzalayıb.
Femida.azın məlumatına görə, sənədə əsasən “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin emblemi haqqında Əsasnamə” təsdiq edilib. Həmçinin “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin embleminin təsviri” təsdiq edilib.
Əsasnamədə bildirilir ki, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin emblemi xarici kəşfiyyat orqanları əməkdaşlarının, həmçinin silah, xüsusi vasitə, texnika və digər əmlakın Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə mənsubiyyətini bildirən nişandır. Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin emblemi Xarici Kəşfiyyat Xidmətinin blanklarında, xarici kəşfiyyat orqanlarının inzibati binalarının adı göstərilən lövhələrində, geyim formasında və fərqlənmə nişanlarında yerləşdirilir.
Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin embleminin təsvirindən Xarici Kəşfiyyat Xidmətinin çap məhsullarında, kino, video və fotomateriallarında və Xarici Kəşfiyyat Xidmətinin sifarişi ilə hazırlanan reklam-informasiya və suvenir məhsullarında (bukletlər, təqvimlər, nişanlar, vımpellər, saatlar, medalyonlar, dəftərxana ləvazimatları, suvenirlər və digər məhsullar) istifadəyə yol verilir.
Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin emblemi göy (peyğəmbərçiçəyi) haşiyəli tünd göy dairə formasındadır. Dairənin kənarında qövs boyunca tünd qızılı hərflərlə yuxarıda “AZƏRBAYCAN RESPUBLİKASI”, aşağıda “XARİCİ KƏŞFİYYAT XİDMƏTİ” sözləri yazılıb.
Femida.az
Oxunub: 1051
Oxşar xəbərlər
- Xarici mütəxəssislər alpinistlərin axtarışında - FOTO + VİDEO
- Xarici vətəndaşlar Azərbaycanda torpaq mülkiyyətçisi ola bilər?
- Xarici işlər nazirlərinin Tbilisi görüşünün gündəliyi açıqlandı
- Xarici vətəndaşlar Şamaxı dağlarında köməksiz qalıb - FHN köməyə getdi
- Xarici diplomların tanınmasında YENİLİK
- Xarici ölkədə bağlanılan nikah Azərbaycanda tanınırmı?
- Xarici ölkələrlə görüntülü danışıq niyə mümkün deyil?
- Xarici telekanallarda reklamlar qadağan olunur - Azərbaycanda
- Xarici işlər naziri istefa verdi - Braziliyida
- Xarici diplomatlar Cocuq Mərcanlıda