Xarici ölkədə bağlanılan nikah Azərbaycanda tanınırmı?


13:32     03 İyun 2017 97278b1e-753a-4ebc-832e-3bea244d59e55.jpg

Ailə məcəlləsinə əsasən, xarici ölkələrdə bağlanılan nikah bəzi hallarda Azərbaycan Respublikası ərazisində tanınır.


Belə ki, xarici ölkədə Azərbaycan Respublikasının vətəndaşları arasında, Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında həmin xarici ölkənin qanunvericiliyinə əməl etməklə bağlanan nikah, (nikahın bağlanmasına mane olan hallar olmadıqda), Azərbaycan Respublikasında etibarlı hesab edilir.

Azərbaycan Respublikasından kənarda əcnəbilər arasında onların ölkəsinin qanunvericiliyinə əməl etməklə bağlanan nikah Azərbaycan Respublikasında tanınır.

Nikahın bağlanmasına mane olan hallar bunlardır:

1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);

2. övladlığa götürənlər və övladlığa götürülənlər;

3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;

4. tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər;

5. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.
Əgər bu qadağalardan biri pozularaq xarici ölkədə nikah bağlanıbsa, həmin nikah azərbaycanda tanına bilməz.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2599