Xarici diplomların tanınmasında YENİLİK
14:43 27 İyul 2017
Azərbaycan Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə yeni səlahiyyətlər verilib.
Femida.az -ın məlumatına görə, bununla bağlı təhsil naziri Mikayıl Cabbarov “Akkreditasiya və Nostrifikasiya İdarəsinin Əsasnaməsinə əlavələrin edilməsi haqqında” əmr imzalayıb.
Əmrə əsasən, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın IX.2-ci maddəsinə uyğun olaraq, Milli Məlumat Mərkəzi funksiyalarının həyata keçirilməsi Akkreditasiya və Nostrifikasiya İdarəsinə həvalə olunub.
İdarə artıq təhsil haqqında sənədlərin tanınması və ekvivalentliyinin (ixtisasların) müəyyənləşdirilməsi (nostrifikasiya) üçün xarici ölkələrin müvafiq qurumlarına sorğuların hazırlanıb göndərilməsini və təhsil haqqında sənədlərlə (bütün təhsil pillələri üzrə) bağlı daxil olan sorğuların cavablandırılmasını həyata keçirəcək.
Femida.az
Oxunub: 1747
Oxşar xəbərlər
- Xarici mütəxəssislər alpinistlərin axtarışında - FOTO + VİDEO
- Xarici vətəndaşlar Azərbaycanda torpaq mülkiyyətçisi ola bilər?
- Xarici işlər nazirlərinin Tbilisi görüşünün gündəliyi açıqlandı
- Xarici vətəndaşlar Şamaxı dağlarında köməksiz qalıb - FHN köməyə getdi
- Xarici ölkədə bağlanılan nikah Azərbaycanda tanınırmı?
- Xarici Kəşfiyyat Xidmətinin emblemi təsdiqlənib
- Xarici ölkələrlə görüntülü danışıq niyə mümkün deyil?
- Xarici telekanallarda reklamlar qadağan olunur - Azərbaycanda
- Xarici işlər naziri istefa verdi - Braziliyida
- Xarici diplomatlar Cocuq Mərcanlıda