Qaz hasilatı 44,5 milyard kubmetr olacaq – 2020-ci ildə


16:21     01 İyun 2017 1435749162_qaz-4.jpg

"2020-ci ildə Azərbaycanın təbii qaz hasilatı illik 44,5 milyard kubmetrə çatacaq"


Bunu Bakıda keçirilən XXIV “Xəzər Neft və Qaz 2017” beynəlxalq konfransında energetika naziri Natiq Əliyev deyib.

"2020-ci ildə SOCAR üzrə təbii qaz hasilatı illik 6,4 milyard kubmetr təşkil edəcək. "Şahdəniz"dən qaz hasilatı ildə 26,1 milyard kubmetr, "Azəri-Çıraq-Günəşli" üzrə isə 12 milyard kubmetr olacaq", - deyə nazir qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 766