Nazir cinsi azlıqların işə götürülməsindən danışdı


15:24     02 İyun 2017 selim%20m.jpg

““Azərbaycanda iş məsələsində cinsi azlıqlarlarla bağlı hər hansı məhdudiyyət yoxdur”.


Femida.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov AŞPA-nın Sosial Məsələlər, Sağlamlıq və Dayanıqlı İnkişaf və Avropa Şurasının Avropa Sosial Xartiyası Departamentinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Avropa Sosial Xartiyası prizmasında Azərbaycanda sosial-iqtisadi hüquqların möhkəmləndirilməsi” adlı milli parlament seminarında deyib.

O bildirib ki, qanunvericilikdə konkret qadın və ya kişiyə görə əməkhaqqı məsələsi nəzərdə tutulmayıb:

“İşə götürmədə cinsi azlıqlar məsələsinə gəldikdə, Azərbaycanda işəgötürmədə cinsi azlıqlarla bağlı hər hansı məhdudiyyət yoxdur. İşə götürülərkən kiminsə oriyentasiyası soruşulmur. Əvvəllər yalnız analıq məsələsi ilə bağlı qadınların ağır iş yerlərində işləməsi məhdudiyyəti var idi. O da aradan götürülüb. Azərbaycanda işə götürülərkən heç kəsdən soruşulmur ki, sənin cinsin nədir. Hamıya bərabər hüquq təmin edilir”.

Femida.az

Açar sözlər:

Oxunub: 5421