Azərbaycanda konkur üzrə beynəlxalq turnir başladı - FOTOLAR

Azərbaycanda konkur üzrə beynəlxalq turnir başladı - FOTOLAR


22:42     02 İyun 2017 DSC06620.JPG

Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş konkur üzrə beynəlxalq turnirə start verilib.


Femida.az xəbər verir ki, turnirdə Azərbaycan, Türkiyə, Rusiya, Belarusiya, Gürcüstan və İran İslam Respublikasını təmsil edən 19 idmançı və 34 at iştirak edir.

3 gün davam edəcək yarışların ümumi mükafat fondu 78 800 manat təşkil edir.

Final yarışı iyunun 4-də saat 17:00-da Ramana İstirahət Mərkəzində təşkil olunacaq.

Qeyd edək ki, turnir Qafqaz Liqasına daxil olan idmançıların Dünya Kubokuna təsnifat mərhələsi hesab edilir. Eyni zamanda Final yarışı idmançılara Longines Dünya Sıralaması üçün də 50 xal toplamaq imkanı verir.

Femida.az

Açar sözlər:

Oxunub: 5012