Ata və oğul həmkəndlisini döydü - Torpağa görə


13:06     05 İyun 2017 kutlevi-dava.jpg

Göygöldə döyülmə faktı qeydə alınıb.


Rayonun Mollacəlili kənd sakini, 1974-cü il təvəllüdlü Vüsal Namazov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. Məlumata görə, V. Namazov otlaq sahəsi üstündə həmkəndlisi Mübariz Əliyev və onun oğlu Natiq tərəfindən döyülüb.

Faktla bağlı Göygöl rayon polis şöbəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 2398