Pakistanda nazir öldürüldü - VİDEO


15:40     17 Avqust 2015 pakistan.jpg

Pakistanda növbəti terrorun qurbanı nazir olub.


Femida.az Türkiyə mətbuatına istinadən verir ki, Pəncab Əyalətinin Daxili İşlər Naziri Şuja Hanzadenin Atto şəhərində yerləşən evinə terroçular tərəfindən hücum təşkil edilib. Hücum nəticəsində ev partladılıb. Nazirin öldüyü ehtimal edilir.



Dağıntıların altında 10 nəfərin cansız bədəni çıxarılsa da Şuja Hanzadenin cəsədi hələ tapılmayıb. Hücum nəticəsində xəsarət alan 4 nəfər xəstəxanaya aparılıb. Ölü sayının artacağı bildirilir. Artıq Türkiyə höküməti baş verən hadisə ilə bağlı Pakistana başsağlığı verib.

Açar sözlər:

Oxunub: 1098