Lavrov Cavad Zərifə zəng etdi


01:47     08 İyun 2017 lavrov%20etiraff2.jpg

Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov və İran xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub.


Femida.az -ın xəbərinə görə, bu barədə Rusiya XİN-in yaydığı açıqlamada bildirilir.

XİN rəhbərləri Qətər və ərəb ölkələrini dialoqa və terrorizmə qarşı birgə mübarizəyə çağırıblar.

“Qətər və bir sıra ərəb ölkələri arasında yaranan böhran vəziyyəti ilə əlaqədar Sergey Lavrov və Məhəmməd Cavad Zərif bütün tərəfləri regionda sülhün və sabitliyin qorunması naminə dialoqa çağırıb, terrorizmə qarşı mübarizədə səyləri birləşdirməyə çağırıblar”, məlumatda deyilir.

Tərəflər həmçinin Suriyadakı vəziyyət və Astanada keçiriləcək Suriya üzrə danışıqları müzakirə ediblər.

Açar sözlər:

Oxunub: 650