Lavrov və Nalbandyan Qarabağı mzakirə edib


00:05     09 Dekabr 2017 476fa7b4-0bed-4a69-8329-45d7bd2794d0.jpg

Ermənistan və Rusiya xarici işlər nazirləri Edvard Nalbandyan və Sergey Lavrov Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının plenar iclası çərçivəsində ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair məsələləri müzakirə edib.


Bu barədə Ermənistan XİN-in mətbuat xidməti xəbər yayıb.

"Görüş zamanı xarici işlər nazirləri Ermənistan-Rusiya münasibətlərinin gündəliyinə dair məsələləri müzakirə edib, iki dövlət başçılarının əldə etdiyi razılaşmaların həyata keçirilməsinə toxunub və ATƏT-in fəaliyyətinin müxtəlif sahələri ilə bağlı fikir mübadiləsi aparıblar", - Ermənistan XİN-in saytında bildirilir.

Mətbuat xidmətinin məlumatına görə, nazirlər həmçinin Qarabağ münaqışəsinin sülh yolu ilə həlli prosesini nəzərdən keçirib.

Femida.az

Açar sözlər:

Oxunub: 605