Lavrov və Zərif Bakıya gəlir


14:58     19 Dekabr 2017 lavrov%20zerif.jpg

Dekabrın 20-də Bakıda Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan – İran - Rusiya xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçiriləcək.



Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az -a bildiriblər ki, görüşdən sonra nazirlərin birgə mətbuat konfransı nəzərdə tutulur.

Açar sözlər:

Oxunub: 1385