Axtarışda olan şəxs tutuldu - “MTN işi”


15:15     10 İyun 2017 MTN.jpg

Bakıda dələduzluqla əlaqədar axtarışda olan şəxs tutulub.


Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, 1979-cu il təvəllüdlü Zaur Siyavuş oğlu Əzimov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, mətbuatda yazılan məlumatlara görə, Zaur Siyavuş oğlu Əzimovun adı “MTN işi”ndə zərərçəkmiş kimi tanınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1953