Baş nazir əhəmiyyətli qərarlara hazırlaşır


00:24     18 Avqust 2015 05b6a821c5fd.jpg

Avqustun 20-dən sonra Yunanıstanda sürətli siyasi inkişaf gözlənilir.


Femida.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, iqtidar partiyasından müxtəlif səslərin yüksəldiyi bir vaxtda, erkən seçki ehtimalının artdığı da ifadə edilir. Yunanıstana dəstək təkliflərini rədd edərək fərqli bir iqtisadi siyasət vədi ilə iqtidara gələn “SYRIZA” Partiyasının, Avropalı təşkilatlarla yeni bir razılaşma sənədini imzalaması partiya içində bölünmələrə səbəb olub. Partiya daxilində erkən seçki məsələləri yüksək səslə ifadə olunmağa başlanıb.

Baş nazirliyin yaydığı məlumatda bildirilir ki, avropalı təşkilatlarla 6 aylıq müzakirələrin ardından əldə olunan razılaşma ilə əlaqədar olaraq, məclisdə keçirilən səsvermədə “SYRIZA” Partiyasının 40-dan çox millətvəkilinin hökumətə qarşı çıxdığı aşkar edilib. Bundan sonra isə, Baş nazir Aleksis Çiprasın əhəmiyyətli qərarlar qəbul etməyə hazırlaşdığı ifadə edilib.

Açar sözlər:

Oxunub: 790