Deputatlarımız Macarıstana gedir


18:05     10 İyun 2017 meclis9.jpg

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Parlament layihələrinə dəstək Departamenti iyunun 12-13-də “Avropa İnsan Hüquqları Konvensiyası standartlarının həyata keçirilməsində milli parlamentlərin rolu” mövzusunda regional seminar keçirəcək.


Milli Məclisdən Femida.az-a verilən məlumata görə, Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək tədbirdə Azərbaycanı Milli Məclisin deputatları Vüsal Hüseynov, Sabir Hacıyev, Kamran Nəbizadə və Ülviyyə Ağayeva təmsil edəcəklər.

Regional seminarda mövzu ətrafında müzakirələr və təcrübə mübadiləsi aparılacaq.

Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti tərəfindən insan hüquqları ilə bağlı təqdimat edilməsi nəzərdə tutulur.

Səfər iyunun 14-də başa çatacaq.

Açar sözlər:

Oxunub: 680