Baş Prokurorluq deputatın açıqlamasını təkzib etdi
21:45 13 İyun 2017
Azərbaycan Milli Məclisinin deputatı Elman Nəsirovun Muxtarlı Əfqan Sabir oğlunun guya Azərbaycan və Gürcüstanın xüsusi xidmət orqanlarının birgə fəaliyyəti nəticəsində Tbilisidə tutularaq Azərbaycana gətirilməsi barədə kütləvi informasiya vasitələrinə verdiyi informasiyalar həqiqəti əks etdirmir.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən Femida.az-a daxil olan məlumatda bildirilib.
Qeyd olunub ki, Azərbaycan hüquq-mühafizə orqanları Gürcüstan xüsusi xidmət və digər hüquq mühafizə orqanları ilə Ə.Muxtarlının tutulması ilə bağlı əməkdaşlıq etməmiş və bu barədə Gürcüstan tərəfinə hər hansı müraciət olunmayıb.
"Əvvəllər də bildirildiyi kimi, ilkin istintaq araşdırmalarına əsasən Azərbaycan Respublikasının vətəndaşı Əfqan Muxtarlı 29 may 2017-ci il tarixdə saat 22:40-da Balakən rayonu ərazisində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan nəzarət-buraxılış məntəqələrindən kənarda Gürcüstandan Azərbaycan Respublikasına qanunsuz olaraq keçdikdən sonra qaçmağa cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Əfqan Muxtarlının xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən Tbilisi şəhərində tutularaq Azərbaycan tərəfinə təhvil verilməsi barədə ayrı-ayrı kütləvi informasiya vasitələrində yaydığı məlumatlar uydurma xarakter daşıyır və ictimai rəyi çaşdırmaq məqsədi güdür.
Hazırda cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq davam etdirilir və işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaqla Ə.Muxtarlının əməllərinə hüquqi qiymət verilməsi təmin ediləcək”.
Oxunub: 508
Oxşar xəbərlər
- Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilir
- Baş prokuror vətəndaşlarla görüşdü
- Baş nazir: “Tramp həddini aşdı” - Qüds böhranı böyüyür
- Baş Prokurorluğun məlumatı
- Baş prokuror vətəndaşları qəbul edəcək
- Baş Prokurorluq və DİN dəhşətli qətllə bağlı birgə məlumat yayıb
- Baş Qərargahı rəisinin müavini işdən qovuldu
- Baş Prokurorluq 17 yaşlı uşaqla bağlı xəbərləri təkzib etdi
- Baş Prokurorluğun nümayəndəsi beynəlxalq tədbirdə iştirak edib
- Baş bankir manatdan danışdı