Məşhur aktyor həbs olundu - FOTO


17:37     18 Avqust 2015 53304_52qkawqy9e.jpg


Aktyor Emil Hirş həbs olunub.

Femida.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, gənc qıza hücum etməkdə ittham edilib. Bu ilin yanvar ayında aktyor "Paramount" şirkətinin əməkdaşı Daniel Bernfeldi təhqir edib, daha sonra qızın boğazından tutaraq boğmağa başlayıb.

Kluba gələn polislər sərxoş və tarazlığını itirmiş aktyoru saxlayıblar. Baş verənlərdən sonra aktyor alkoqol asılılığından müalicə alıb.

Bu günlərdə baş tutan məhkəmənin nəticəsi olaraq Hirş 15 gün həbs alıb, 50 saatlıq ictimai işlərə cəlb olunub və 4750 dollar da cərimə ödəyəcək.

Bernfeldin vəkilləri verilən cəzadan şoka düşüblər. Onlar bunun çox az olduğunu bildiriblər. Qız isə həmin anları "az qala ölürdüm" deyə təsvir edib.

Açar sözlər:

Oxunub: 748