Axtarışda olan 379 nəfər sərhəddə tutuldu
15:37 14 İyun 2017
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2017-ci ilin may ayı dövlət sərhədini pozduqlarına görə 32 nəfər saxlanılıb.
DSX-nin Mətbuat Mərkəzindən Femida.az-a verilən məlumata görə, onlardan 13 nəfəri Azərbaycan, 7 nəfəri Özbəkistan, 6 nəfəri Banqladeş, 2 nəfəri Rusiya Federasiyası, hər ölkədən 1 nəfər olmaqla İran İslam Respublikası, Moldova, Pakistan, Əlcəzair vətəndaşıdır.
Sərhəd rejim qaydalarını pozarkən 949 halda 1253 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 379 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 951,3 qram narkotik maddə aşkar edilərək götürülüb.
“Xaş-xaş-2017” şərti adı altında keçirilmiş əməliyyat tədbirləri nəticəsində Zaqatala və Şəmkir rayonlarının sərhədyanı ərazilərində 15873 ədəd yabanı halda bitmiş narkotik xassəli bitkilər yığılaraq ictimaiyyətin və hüquq mühafizə orqanları əməkdaşlarının iştirakı ilə yandırılaraq məhv edilib.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 184 min 378 manat olan qaçaqmal, o cümlədən 1 ədəd pnevmatik tapança, 376 qutu pirotexniki vasitə, 7 ədəd qayıq, 43500 ABŞ dolları, 10000 Avro, 4528 qutu siqaret, 208 ədəd mobil telefon, 3914 ədəd müxtəlif növ dərman preparatları, 7 ədəd Ermənistanın təsvirləri olan kitabça, spirtli içkilər, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.
Femida.az
Oxunub: 816
Oxşar xəbərlər
- Axtarışda olan 42 nəfər saxlanılıb
- Axtarışda olan 31 nəfər tutulub
- Axtarışda olan 32 nəfər tutulub
- Axtarışda olan 38 nəfər tutulub
- Axtarışda olan 21 nəfər tutulub
- Axtarışda olan 26 nəfər həbs edilib
- Axtarışda olan 445 nəfər sərhəddə tutulub
- Axtarışda olan 20 nəfər həbs edilib
- Axtarışda olan 30 nəfər həbs edilib
- Axtarışda olan 496 nəfər sərhəddə tutulub