Vidadi Zeynalovun məhkəməsi olub


15:45     14 İyun 2017 vidadi%20zeynalov2.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam etdirilib.


Femida.az-ın məlumatına görə, hakim Əfqan Hacıyev sədrliyi keçirilən prosesdə
hakim bildirib ki, məhkəməyə Rabitə və Yüksək Texnologiyaları Nazirliyindən arayışlar daxil olub.


Arayışda bildirib ki, Anar Mustafayev ona verilmiş ittiham üzrə mənimsənildiyi bildirilən 567 min manatı, Beytulla Hüseynov 10 milyon 200 min manatı nazirliyə ödəyib. Arayışlarda qeyd edilib ki, nazirliyin həmin şəxslərə qarşı mülki iddiası yoxdur.


Daha sonra hakim təqsirləndiriləm şəxslərin vəkillərinə müdafiə çıxışı üçün söz verib.


Beytulla Hüseynov, Vidadi Zeynalov, Anar Mustafayev və Namazalı Məmmədov və Qəmbər Bəybaleyevin vəkilləri çıxışa hazır olmadıqlarını deyiblər.

Proses iyunun 16-da davam edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 816