Vidadi Zeynalov apellyasiya şikayəti verdi


15:28     17 Avqust 2017 vidadi-zeynalov.jpg

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov barəsində olan hökmdən apellyasiya şikayəti verib.


Femida.az-ın məlumatına görə, şikayət Bakı Apellyasiya Məhkəməsində təqdim olunub. Şikayətdə onun barəsində bəraət hökmünün çıxarılması istənilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V. Zeynalov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 875